» » » Ərdoğan Messi ilə futbol oynayacaq

Ərdoğan Messi ilə futbol oynayacaq

Ərdoğan Messi ilə futbol oynayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samuel Eto’o Fondunun 10-cu il fəaliyyəti çərçivəsində Antalyada ulduz futbolçular arasında keçiriləcək qarşılaşmada meydana çıxacaq.

ucarliyiq.biz-in məlumatına görə, Ərdoğanın futbol oynayacağı adlar arasında Barselona klubunun ulduzu Lionel Messi də var.

Türkiyənin Antalyaspor klubunun kamerunlu futbolçusu Samuel Eto’onun adını daşıyan fondun təşkil etdiyi bu qarşılaşmadan gələn gəlir afrikalı uşaqlar üçün xərclənəcək.

Fond yeni oyuna Türkiyə Prezidentini də dəvət edib. Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türel sosial şəbəkədə Ərdoğanın dəvəti qəbul etdiyini açıqlayıb.

“Messi ilə bərabər dünyanın digər ulduzu Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Antalya Arenada futbol oynayacaq. Xairici oşlər naziri Mövlüd Çavuşoğlu və bəndənizin də forma geyinəcəyi iyunun 16-da 20:45-də (Türkiyə vaxtı ilə) başlayacaq qarşılaşmaya hamınız dəvətlisiniz”, - Menderes Türel deyib.
Ərdoğan Messi ilə futbol oynayacaq
Matç 16 iyunda Antalya Arena stadionunda baş tutacaq. Maradona, Messi, Neymar, Suarez, Eden Hazard, Totti, Maykl Essyen, Xavi, Avqustin Okoça, Piyer Emerik Obameyanq, İniyesta və Arda Turan böyük matçda meydana çıxacaq.