» » » Bu gün futbolsevərlər ikiyə bölünür: Fransa, yoxsa Portuqaliya?

Bu gün futbolsevərlər ikiyə bölünür: Fransa, yoxsa Portuqaliya?

Bu gün futbolsevərlər ikiyə bölünür: Fransa, yoxsa Portuqaliya?

Bu gün Avro 2016-nın final oyunu baş tutacaq. ucarliyiq.biz-in məlumatına görə, çempionata Portuqaliya və Fransa milli komandalarının arasında baş tutacaq final matçı ilə yekun vurulacaq.

Bu çempionatda diqqətçəkən özünəməxsus bir sıra məqamlar var. Belə ki, ev sahibi fransızlar bu çempionatı qalib kimi başa vura bilsələr, bu, onların sayca 3-cü çempionluq sevinci olacaq. Çünki Fransa millisi bundan əvvəl 1984 və 2000-ci illərdə iki dəfə final matçına çıxıb və hər ikisində kuboku başları üzərinə qaldırıblar.

Fransa millisi üçün qalib gələcəyi təqdirdə digər əlamətdar hadisə odur ki, onlar Almaniya və İspaniyanın rekorduna şərik olacaqlar. Ona görə də Didye Deşamın yetirmələri üçün bu oyun ev sahibliyindən əlavə rekorda şərik olmaq adına da xüsusi əhəmiyyət daşıyır.
Fransızların rəqibi Portuqaliya yığması isə qələbə qazanacağı təqdirdə, ilk dəfə çempionluq sevinci yaşamış olacaqlar və turnirin qızıl medallarını əldə edəcək və qalib kimi adlarını çempionatın tarixinə yazdıracaqlar.

Ona görə də Fernandu Santuşun baçşılıq etdiyi Portuqaliya yığması üçün bu gün daha böyük məsuliyyət deməkdir. Onlar qalib gələcəkləri halda 10-cu Avropa çempionu olacaqlar.

Beləliklə, Avropa çempionatına bu gün saat 23:00-da baş tutacaq Fransa-Portuqaliya matçı ilə yekun vurulacaq. Görüş “Stad de Frans”da keçiriləcək. Baş hakim Mark Klattenburqdur.