» » » "Barcelona" Ardanı satışa çıxardı

"Barcelona" Ardanı satışa çıxardı

"Barcelona" Ardanı satışa çıxardı

Uzun müddətdir "Barcelona"dan ayrılacağı barədə məlumatlar yayılan Arda Turan haqda yeni xəbər yayılıb. ucarliyiq.biz-in məlumatına görə, İspaniyanın mühüm idman qəzetlərindən olan "Marca" "Barcelona" ilə Arda Turanın yollarının ayrılacağını açıqlayıb.
"Barcelona" Ardanı satışa çıxardı


Qəzetin məlumatına görə, xüsusilə futbol klubunun bəzi rəhbərləri Arda Turanın satılması istiqamətində fikir birliyi nümayiş etdirirlər. Katalon klubunun yeni transferi Denis Suarezin də komandaya qatılmasından sonra yarımmüdafiədə Ardaya ehtiyac qalmadığını yazan "Marca" futbolçu üçün ediləcək təklifləri "Barselona"nın dəyərləndirəcəyini qeyd edib.

Onun satılacaq futbolçuların siyahısına salınmasına əsas səbəb kimi türkiyəli ulduzun keçən mövsüm özünü yetərincə göstərə bilməməsi göstərilir.

"Marca" Ardanın ötən mövsüm "Barcelona" forması ilə İspaniya liqasında 810 dəqiqə meydanda qaldığını və 29 yaşlı türkiyəlinin geridə qalan sezonda 18 liqa oyununda meydana çıxdığı məlumatını da əlavə edib. 
"Barcelona" Ardanı satışa çıxardı
Bir müddət əvvəl də Türkiyə millisinin üzvü Arda Turanın "Barcelona”dan ayrılacağı barədə məlumat yayılıb. Klubun rəsmisi isə onun komandadakı taleyinə aydınlıq gətirərək yazıb ki, Arda satışa çıxarılmayacaq. Rəsmi sayt vasitəsilə çıxış edən "Barcelona"nın idman direktoru Robert Fernandes məsələyə belə aydınlıq gətirib:

"Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdır”.
"Barcelona" Ardanı satışa çıxardı
Ardanın son İspaniya çempionu ilə 2020-ci ilə qədər müqaviləsi var. "Barcelona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib.

Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.
"Barcelona" Ardanı satışa çıxardı


Bir müddət əvvəl Türkiyə çempionu "Beşiktaş"ın Arda Turanı transfer etmək istədiyi barədə xəbər yayılmışdı. Bu iddia ilə "Sabah" qəzeti çıxış edib. Qəzet iddia edib ki, "Barcelona"da sıxıntılı günlər keçirən Arda Turanın komandadan ayrılmaq ehtimalı var.

Bir neçə gün əvvəl isə “Barcelona” klubunun ulduz futbolçusunun Almaniya çempionatına keçə biləcəyi barədə məlumat yayılıb. Bildirilirdi ki, türk futbolçu ilə “Borussiya” Dortmund klubu maraqlanır. Almanlar Arda Turanı “Mançester Yunayted”ə transfer etdiyi erməni futbolçu Henrik Mxitaryanı əvəz etmək üçün komandaya qatmaq istəyirlər.