» » » Millimiz heyətinə yeni əcnəbi hücumçu cəlb edir

Millimiz heyətinə yeni əcnəbi hücumçu cəlb edir

Millimiz heyətinə yeni əcnəbi hücumçu cəlb edir

Futbol üzrə Azərbaycan milli komandası yeni türk əsilli futbolçunu transfer etməyə hazırlaşır.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə bu ilin yanvarında “Trabzonspor”dan “Bursaspor”a transfer edilən futbolçu Dəniz Yılmazın meneceri Erdem Karagöl Anadolu agnetliyinə açıqlamasında deyib.

O bildirib ki, Dəniz Yılmaz Azərbaycan millisindən təklif alıb.

“Avropa Çempionatı başlamazdan əvvəl Yılmazın Türkiyə millisinin heyətinə qatılacağı gözlənilirdi. Mövsümün ikinci yarısında onun vurduğu qollar və sərgilədiyi futbol diqqət çəkmişdi. Dəniz ilkin heyətə çağırılacağını gözləyirdi. Ancaq heyətdən kənarda qaldı və buna çox üzüldü”, - Karagöl bildirib.
Millimiz heyətinə yeni əcnəbi hücumçu cəlb edir
Menecer deyib ki, Dəniz Yılmaz Azərbaycan Futbol Federasiyasından təklif alarkən buna çox təəccüblənib.

“Almaniyada anadan olan Dəniz daha əvvəl bu ölkənin və Türkiyə millisinin formasını geyinmədiyi üçün Azərbaycandan gələn təklifə yox deməyib. O bu xəbəri eşidəndə çox şad oldu. Yaxın 3-4 gündə Yılmaz dəqiq qərar verəcək.”