» » » İspan futbolçu 26 yaşında öldü

İspan futbolçu 26 yaşında öldü

İspan futbolçu 26 yaşında öldü

İspaniyanın "Linares" klubunun futbolçusu Fran Karles dünyasını dəyişib. ucarliyiq.biz-in məlumatına görə, III divizion təmsilçisinin 26 yaşlı oyunçusu məşqdə omba nahiyəsindən aldığı zədə nəticəsində ölüb.

Hadisə trenajor zalında çalışma zamanı baş verib. Futbolçu aldı xəsarətə önəm verməsə də, bu ciddi olub. Karlesin başı gicəllənib və onu xəstəxanaya çatdırıblar. Həkimlər futbolçunun əzələsinin dartılması diaqnozunu qoyublar ki, bunun nəticəsində onda daxili qanaxma olub. 
İspan futbolçu 26 yaşında öldü

İspan futbolçu 26 yaşında öldü


Karles təcili əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. "Linares" onun xatirəsinə "Sevilya" ilə yoldaşlıq görüşü keçirəcək. Futbolçu bütün karyerasını bu kluba həsr edib. O, 2009-cu ildən "Linares"in əsas komandasına cəlb olunub.

Karles Deportivo təmsilçisinin heyətində bütün turnirlərdə 34 matç keçirib və 1 qol vurub.

Bu il aprel ayında Türkiyənin Nevşehir rayonunda yaşanan faciədə gənc futbolçu həyatını itirib. Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub. Motosikleti idarə edən 17 yaşlı Emre Çakır qəza zamanı ağır yaralanıb.

Çakır xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Çakır Nevşehirin Hacı Bektaş Veli Üniversitesi U-17 yerli futbol komandasının üzvü olub.

Fevral ayında Türkiyə çempionatının iştirakçısı 17 yaşlı futbolçu Məsut Sarıkaya dünyasını dəyişib. “Antalyaspor” klubunun futbolçusu şəkil çəkdirmək üçün yüksəkliyə çıxıb. Gənç futbolçu tarazlığını itirərək 40 metrlik yüksəklikdən yerə yıxılıb.