» » » Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

"Avro-2016"nın finalında Fransa ilə qarşılaşan Portuqaliya millisinin aparıcı futbolçusu Kriştiano Ronaldonun matçın gedişində zədələnməsi sosial şəbəkədə ən çox müzakirə olunan mövzudur.

Matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib. Ulduz futbolçunun gözyaşlarını əks etdirən fotoları sosial şəbəkələrdə baxılma rekordu vurur. Ronaldo ağlayarkən onun üzünə qonan kəpənək də diqqətlərdən yayınmayıb. 

Ronaldonun oynamamasına rəğmən Portuqaliya qələbə qazana bilib. 109-cu dəqiqədə rəqib qapısına yol tapan Eder komandasını Avropa çempionu edib.
Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək

Ronaldonun göz yaşları və üzünə qonan kəpənək


İyunun sonlarında dünya futbolunun daha bir ulduzu. Ronaldonun ən əzəli rəqiblərindən biri esab edilən Lionel Messi  də göz yaşlarına hakim ola bilməmişdi. Amerika Kubokunun finalının penaltilər seriyasında Çiliyə 2:4 hesabı ilə məğlub olan Argentina millisinin lideri Lionel Messi göz yaşlarına qərq olmuşdu. Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi bu oyundan sonra millidə karyerasını başa vurub.

Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra daha iki argentinalı ulduz futbolçu yığma karyerasını başa vurub. Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero millidən getməklə bağlı qərar verib.