» » » Lənkəranlı futbolçu Portuqaliya klubunda

Lənkəranlı futbolçu Portuqaliya klubunda

Lənkəranlı futbolçu Portuqaliya klubunda

"Xəzər Lənkəran"dan ayrılandan sonra uzun müddət klubsuz qalan Elnur Cəfərov karyerasını Portuqaliyada davam etdirəcək. ucarliyiq.biz-in məlumatına görə, gənc futbolçu "Tondela" klubuna transfer olunub.
Lənkəranlı futbolçu Portuqaliya klubunda


Bu barədə Portuqaliya klubunun rəsmi saytı xəbər verib. Azərbaycan millisinin 19 yaşlı yarımmüdafiəçisi yüksək liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 

"Tondela" ötən mövsüm Portuqaliya çempionatını 16-cı pillədə tamamlayıb. Bir müddət əvvəl Cəfərovun İspaniyanın "Ovyedo" klubuna keçidi gözlənilsə də, bu transfer baş tutmamışdı.
Lənkəranlı futbolçu Portuqaliya klubunda

Lənkəranlı futbolçu Portuqaliya klubunda


Elnur Cəfərov "Xəzər Lənkəran"ın tarixinə düşüb. Cəfərov klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. Yarımmüdafiəçi "ağ-yaşıllar"ın heyətində Premyer Liqada qol vuran ən gənc futbolçudur. Gənc istedad 17 yaş 6 ay 23 günlüyündə "Bakı" ilə oyunda qol sevinci yaşayıb.

U-19 və U-21 millilərimizdə çıxış edən Elnur Cəfərov həmçinin Azərbaycan millisinin oyunlarınada dəvət alır.