» » » "Kimsə bizə inanmırdı"
"Kimsə bizə inanmırdı"

"Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Kimsə bizə inanmırdı. Uzun illər boyunca etdiyimiz fədakarlıqlardan sonra Portuqaliyanın bu çempionluğa haqqı çatırdı. Klub səviyyəsində hər şeyi qazanmışdım, tək əskiyim milli komanda ilə qazanmaq idi". 

ucarliyiq.biz-in məlumatına görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Klub karyerasında mümkün olan bütün titulları qazanan Kriştiano Ronaldo milli səviyyəsində ilk böyük mükafatına sahib çıxıb. Onun çıxış etdiyi Portuqaliya millisi ötən gün Avropa çempionatının finalında Fransanı yenərək, tarixində ilk dəfə kuboka sahib çıxdı. 

Düzdür, Ronaldo matçın əvvəlində zədələndi və 25-ci dəqiqədə gözyaşları içində meydanı tərk etməli oldu. Buna baxmayaraq, o, komandanın finala qədər irəliləməsində əsas pay sahibi idi.

İlkin tibbi müayinədən sonra Ronaldonun sol dizinin yan bağlarının dartıldığı müəyyənləşib. Ronaldonun bərpa müddətinin bir ay çəkəcəyi bildirilir. Bununla da böyük ehtimalla o, avqustun 9-da keçiriləcək UEFA superkubokunun "Real" - "Sevilya" oyununda da iştirak edə bilməyəcək. 

"Kimsə bizə inanmırdı"


O, futbolçu karyerasının ən xoşbəxt anını yaşadığını vurğulayıb: "Həmişə milli ilə kubok qazanaraq tarixə düşmək istəmişəm. Təəssüf ki, bu oyunda sona kimi iştirak edə bilmədim. Ancaq  komanda yoldaşlarıma inanırdım. Onlara, məşqçilərimizə təşəkkür edirəm. Bu, unudulmaz hadisədir".

Fransa ilk final oyununda komandasına qələbə qazandıran qolun müəllifi Eder "Ronaldo əlavə vaxtın fasiləsində sənə nə dedi" sualına belə cavab verib: "Qələbə qolunu mütləq vuracağıq" dedi. Sənə inanıram, qolu vuracaqsan" dedi. Mənə güc verdi".

Bu arada dizindən zədə alan Ronaldonun bir ay yaşıl meydanlardan kənar qalacağı bəlli olub. Bu müddət ərzində futbolçu zədəsinin bərpasıyla məşğul olacaq.