» » » Ser Aleks Ronaldonu belə təbrik etdi

Ser Aleks Ronaldonu belə təbrik etdi

Ser Aleks Ronaldonu belə təbrik etdi

“Avro-2016”nın final oyununu stadiondan izləyənlər arasında “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Fergüsson da olub. 

ucarliyiq.biz-in məlumatına görə, 74 yaşlı mütəxəssis oyun başa çatdıqdan sonra çempion olan Portuqaliya millisinin futbolçuları Kriştiano Ronaldo və Luis Nani ilə görüşərək onları təbrik edib. Hər iki futbolçu vaxtilə Fergüssonun rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edib. 

Ser Aleks Ronaldonu belə təbrik etdi


"Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Kimsə bizə inanmırdı. Uzun illər boyunca etdiyimiz fədakarlıqlardan sonra Portuqaliyanın bu çempionluğa haqqı çatırdı. Klub səviyyəsində hər şeyi qazanmışdım, tək əskiyim milli komanda ilə qazanmaq idi". Bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Klub karyerasında mümkün olan bütün titulları qazanan Kriştiano Ronaldo milli səviyyəsində ilk böyük mükafatına sahib çıxıb. Onun çıxış etdiyi Portuqaliya millisi ötən gün Avropa çempionatının finalında Fransanı yenərək, tarixində ilk dəfə kuboka sahib çıxıb.