» » » Ederin ağ əlcəyinin sirri açıldı

Ederin ağ əlcəyinin sirri açıldı

Ederin ağ əlcəyinin sirri açıldı

"AVRO-2016"nın finalında Fransanın qapısına yeganə qolu vuraraq Portuqaliyanı tarixində ilk dəfə Avropa çempionu edən Ederin qol sevinci zamanı geyindiyi ağ əlcəyin sirri bəlli olub. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Eder özü açıqlama verib.

Eder turnirin startından əvvəl "milli komandada da qol vursam, ağ əlcəyi taxacam" deyə bildirib. Vurduğu qolla ölkəsini çempion edən futbolçu uğur gətirdiyinə inandığı üçün qol vuran zamanı bu əlcəyi geyinib.
Ederin ağ əlcəyinin sirri açıldı

Ederin ağ əlcəyinin sirri açıldı


Bu arada 15-ci Avropa çempionatının qalibi olan Portuqaliya millisinin üzvlərinin alacağı mükafatın miqdarı açıqlanıb. Çempion komandanın hər bir üzvü 275 min avro qazanıb. Ümumilikdə isə milli üçün Portuqaliya Futbol Federasiyası 25,5 milyon avroluq mükafat büdcəsi ayırıb. UEFA bu məbləğin 8 milyonunu çempionluq üçün federasiyaya ödəyib. Komandanın final mərhələsinə vəsiqə qazanmasına görə də eyni miqdarda məbləğ federasiyanın büdcəsinə köçürülüb. Bundan başqa komandanın finala qədər irəliləməsi Portuqaliyaya 9,5 milyon avro qazandırıb.