» » » Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı

Avropa çempionatının rəmzi yığma komandası məlum olub. ucarliyiq.biz-in məlumatına görə, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı - Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər - Toni Kruoos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular - Antuan Qrizman (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub. 
Avropa çempionatının ən yaxşı futbolçuların adları açıqlandı