» » » Ramilin "Trabzonspor"da alacağı maaş

Ramilin "Trabzonspor"da alacağı maaş

Ramilin "Trabzonspor"da alacağı maaş

"Trabzonspor" Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin transferini rəsmiləşdirib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə klub rəsmi məlumat yayıb.

"Trabzonspor" azərbaycanlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Super Liqa klubu Şeydayevin maaşını da açıqlayıb. Futbolçu 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min avro olmaqla ümumilikdə 1 milyon 630 min avro (təxminən 2,8 milyon manat) qazanacaq. Ramil tibbi müayinədən keçərək artıq komandanın Slovakiya toplanışına yollanıb.
Ramilin "Trabzonspor"da alacağı maaş

Ramilin "Trabzonspor"da alacağı maaş


Ramil Şeydayev 1996-cı martın 15-də Sankt-Peterburqda dünyaya gəlib. Atası azərbaycanlı, anası rus olan futbolçu 2013-cü ildən "Zenit"in ikinci komandasında çıxış edir. Bir mövsüm sonra A komandasına yüksələn futbolçu 2015-ci ilin yayında "Rubin"ə icarəyə verilmişdi. Rusiyanın U-17, U-19 və U-21 yığmalarında meydana çıxdığı 67 oyunda 40 qol vuran futbolçu 2013-cü ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub. Futbolçu fikrini dəyişərək, Azərbaycan yığmasında forma geyinmək üçün AFFA-ya müraciət edib. Onun müraiciətinə necə cavab veriləcəyi maraqla gözlənilir.