» » » Çempionlar Liqasında "Qarabağ"ı gözləyən rəqiblər

Çempionlar Liqasında "Qarabağ"ı gözləyən rəqiblər

Çempionlar Liqasında "Qarabağ"ı gözləyən rəqiblər

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 15-də atılacaq. ucarliyiq.biz-in məlumatına görə, II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə qarşılaşacaq "Qarabağ" növbəti raundun səpələnməmişləri sırasındadır. 
Ağdam təmsilçisi "Düdelanj"ı keçəcəyi təqdirdə "Olimpiakos" (Yunanıstan), "Viktoriya" Plzen (Çexiya) və 8 cütün qalibi ilə qarşılaşa bilər. Püşkatma mərasimi 15 iyul saat 14:00-da başlayacaq.

Bu gün Qurban Qurbanovun yetirmələri doğma azarkeşləri önündə Lüksemburq "Düdelanj"ını qəbul edəcək. Sözsüz ki, "atlılar" "cırtdan" rəqiblə oyunun favoritidir. Buna görə də son Azərbaycan çempionu növbəti mərhələyə adlamaq üçün lazım olan nəticəni elə ilk oyundaca qazanmaq istəyəcək. Ancaq rəqibin də ağdamlılara sürpriz edəcəyi istisna deyil.
Çempionlar Liqasında "Qarabağ"ı gözləyən rəqiblər

Çempionlar Liqasında "Qarabağ"ı gözləyən rəqiblər


"Hamımız bu turniri səbirsizlikə gözləyirik. Pis hazırlaşmamışıq. Rəqibi analiz eləmişik. Digər komandalarımızın da mərhələ keçməsi bizim üçün böyük stimuldur. Rəqibə ciddi yanaşırıq. Oyunlarını izləmişəm. Çoxu bu komananı ciddi qəbul eləmir. Ancaq futbol elə səviyyəyə çatıb ki, komandalar arasında elə də ciddi fərq olmur", - deyə oyunöncəsi mətbuat konfransında Qurbanov bildirib. 
Öz ölkəsində çempion olan klublar, Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan")

"Viktoriya" Plzen (Çexiya)

"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi

"Seltik" (Şotlandiya) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi

APOEL (Kipr) - TNS (Uels) cütünün qalibi

BATE Borisov (Belarus) - SJK (Finlandiya) cütünün qalibi

"Legiya" Varşava (Polşa) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vardar" (Makedoniya) cütünün qalibi

"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi

"Kopenhagen" (Danimarka) - "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi

 

Səpələnməmişlər
"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

"Rusenborq" - "Nörçöpinq" (Norveç) cütünün qalibi

"Astana" (Qazaxıstan) - "Jalqris" (Litva) cütünün qalibi

"Astra" (Rumıniya)

"Şeriff" (Moldova) - "Hapoel" Be Şeva (İsrail) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) - "Valetta" (Malta) cütünün qalibi

"Dinamo" Tiblisi (Gürcüstan) - "Alaşkert (Ermənistan) cütünün qalibi

"Hafnarfyordur" (İslandiya) - "Dandalk" (İrlıandiya) cütünün qalibi

"Trençin" - "Olimpiya" Lyublyana (Sloveniya) cütünün qalibi

"Ferensvaroş" (Macarıstan) - "Partizani" (Albaniya)

Öz ölkəsində çempion olmayan klublar, Səpələnmişlər

"Şaxtyor" (Ukrayna)

"Ayaks" (Hollandiya)

"Anderlext" (Belçika)

"Fənərbağça" (Türkiyə)

"Sparta" (Çexiya)

Səpələnməmişlər

PAOK (Yunanıstan)

"Styaua" Buxarest (Rumıniya)

"Monako" (Fransa)

"Yanq Boys" (İsveçrə)

"Rostov" (Rusiya)