» » » Əfsanəvi futbolçu küçəyə bu görünüşdə çıxdı

Əfsanəvi futbolçu küçəyə bu görünüşdə çıxdı

Əfsanəvi futbolçu küçəyə bu görünüşdə çıxdı

Əfsanəvi ingilis futbolçu Pol Qaskoyn yenə xoşagəlməz hərəkəti ilə gündəmə gəlib. ucarliyiq.biz-in məlumatına görə, alkoqol aslılığı olan İngiltərə yığmasının sabiq futbolçusu bu dəfə hamam geyimində küçəyə çıxıb. 

Taksi ilə içki, siqaret və ağrıkəsici almağa gedən "Qazza" ləqəbli futbolçu ayaq üstə durmağa çətinlik çəkirmiş. Əyninində hamam xalatından başqa bir şey olmayan əfsanəvi oyunçu ayaqqabı da geyinməyib. Uzun müddətdi alkoqol aslılığından müalicə olunan veteran futbolçunu bu halda görənlər polisə zəng edib.
Əfsanəvi futbolçu küçəyə bu görünüşdə çıxdı

Əfsanəvi futbolçu küçəyə bu görünüşdə çıxdı


Bu il mart ayında Pol Qaskoyn günorta saatlarında üzündə zorakılıq izləri olan və əlində içki şüşəsi ilə taksidən enərkən görüntülənib. Bir az sonra polis Paulu başqa bir taksidə - üst-başı dağınıq halda tapıb. Hadisə yerinə təcili yardım çağırılıb və veteran futbolçu xəstəxanaya aparılıb. Xəstəxanadan verilən açıqlamaya görə, Qaskoyn sərxoş vəziyyətdə yıxılıb və üzündəki yaralar bu zaman əmələ gəlib. 

Pol Qaskoyn 1985-ci ildən 2004-cü ilədək davam edən peşəkar karyerası ərzində İngiltərənin "Nyukasl", "Tottenhem", "Boston", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers" və Çinin "Gansu Tianma" klublarında çıxış edib. 48 yaşlı veteran İngiltərə millisində 57 oyun keçirib və 10 qol vurub.