» » » "Qarabağ"ın oyunu aprel şəhidlərinin anılması ilə başlayıb

"Qarabağ"ın oyunu aprel şəhidlərinin anılması ilə başlayıb

"Qarabağ"ın oyunu aprel şəhidlərinin anılması ilə başlayıb

"Qarabağ" azarkeşləri Lüksemburq "Düdelanj"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.

ucarliyiq.biz-in məlumatına görə, fanatlar bu gün 44 yaşı tamam olan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.

Azarkeşlər "Şəhidlər ölməz, vətən bölünməz" şüarları da səsləndiriblər. “Qarabağ” klubun rəsmi Feysbuk səhifəsində də Raquf Orucovun doğum günündə yad edib. Matçın 1-ci hissəsində artıq iki qol vurulub. Qolların  müəllifi ağdamlıların təcrübəli futbolçusu Almeyda vurub.

"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0 (Birinci hissə) 

Qol: Riçard Almeyda, 10 (1:0), 28 (2:0)

Baş hakim: Orel Qrinfild