» » » "Cavab matçında həddindən artıq ciddi olmalıyıq"

"Cavab matçında həddindən artıq ciddi olmalıyıq"

"Cavab matçında həddindən artıq ciddi olmalıyıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə ilk oyundan sonra mətbuat konfransında oyunu şərh edib. ucarliyiq.biz-in məlumatına görə, təcrübəli mütəxəssis komandanın səbrli olmaq lazım olduğunu deyib.
"Cavab matçında həddindən artıq ciddi olmalıyıq"


"Rəqib bir daha göstərdi ki, bu oyuna ciddi hazırlaşmışdı. Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq. Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Rəqibin sürətli futbolçuları çoxdur, bu da ola bilsin ki, bizə problem yaratsın. Cavab matçında həddindən artıq ciddi olmalıyıq və istəyirik ki, orda da qalib gələk. Futbolçularımı da təbrik edirəm, biz də öz oyunumuzdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar.

Komandama bir neçə oyun lazımdır ki, öz ritmini tutsun. İkinci hissədə rəqibin öz oyun üslubundan əl çəkməməsi bizi tempi aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdı".