» » » "Seltik" Cəbəllütariq klubuna uduzdu

"Seltik" Cəbəllütariq klubuna uduzdu

"Seltik" Cəbəllütariq klubuna uduzdu

Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. ucarliyiq.biz-in məlumatına görə, ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən "Qarabağ" doğma azarkeşləri önündə Lüksemburqun "Düdelanj" klubunu 2:0 hesabı ilə məğlub edib.

Matçın taleyi birinci hissədə həll olunub. Hər iki qolların müəllifi Almeyda olub. Komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək. Turun sensasiyası Cəbəllütariqdə qeydə alınıb. ÇL-də debüt edən "cırtdan ölkə" təmsilçisi "Linkoln" adlı-sanlı rəqibi, ötən mövsüm "Qarabağ"ı bu turnirdə mübarizədən kənarlaşdıran "Seltik"ə qalib gəlib. Meydan sahibi olan postsovet məkanı təmsilçilərinin hamısının qələbə qazanması diqqət çəkir. İlk oyun gününün ilk qolu Bakıda vurulub.
"Seltik" Cəbəllütariq klubuna uduzdu
Bundan başqa daha 9 qarşılaşma keçirilib.
"Seltik" Cəbəllütariq klubuna uduzdu

12 iyul

Çempionlar Liqası,
II təsnifat mərhələsinin ilk oyunu

"Zrinski” (Bosniya və Herseqovina) - "Legiya” (Polşa) - 1:1

"Dinamo” (Tiflis, Gürcüstan) - "Alaşkert” (Ermənistan) - 2:0

"Hapoel” (Beyer-Şeva, İsrail) - "Şerif” (Moldova) - 3:2

BATE (Belarus) - SJK (Finlandiya) - 2:0

"Linkoln” (Cəbəllütariq) - "Seltik” (Şotlandiya) - 1:0

TNS (Uels) - APOEL (Kipr) - 0:0

"Valletta” (Malta) - "Srvena Zvezda” (Serbiya) - 1:2

"Zalsburq” (Avstriya) - "Liepaya” (Latviya) - 1:0

"Vardar” (Makedoniya) - "Dinamo” (Zaqreb, Xorvatiya) - 1:2
13 iyul

21:15   "Rusenborq” (Norveç) - "Norçepinq” (İsveç)

21:15   "Jalgiris” (Litva) - "Astana” (Qazaxıstan)

21:30  "Ludoqorets” (Bolqarıstan) - "Mladost” (Monteneqro)

22:00. "Kruzaders” (Şimali İrlandiya) - "Kopenhagen” (Danimarka)

22:00. "Partizani” (Albaniya) - "Ferensvaroş” (Macarıstan)

22:45   "Dandalk” (İrlandiya) - "Hafnarfyorfur” (İslandiya)

22:30   "Olimpiya” (Sloveniya) - "Trençin” (Slovakiya)