» » » Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi

Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi

Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi

"Napoli"nin hücumçusu Qonzalo Hiquain Çinin "Hebei China Fortune" klubuna keçməkdən imtina edib. ucarliyiq.biz-in məlumatına görə, 28 yaşlı forvarda ildə 50 milyon avro məvacib təklif edib.

Argentinalı hücumçu rəqabətədavamlı liqada oynamaq istədiyindən bu təklifi geri çevirib. Hiquain "Hebei Fortune"da oynamağa razı olsaydı, Messi və Ronaldonu qabaqlayıb dünyanın ən ödənişli futbolçusu ola bilərdi.

O, 2013-cü ildə "Real Madrid"dən "Napoli" klubuna keçib və ötən mövsüm A Seriyasının bombardiri olub.

Hiquain bir müddət əvvəl Amerika kubokunda məyus olmuşdu. O, Argentina millisi ilə çempionatın həll edici görüşündə Çili yığmasına penalti seriyasında məğlub olub.
Məşhur futbolçu Ronaldo və Messidən qabağa düşməkdən imtina etdi