Millimiz irəlilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. ucarliyiq.biz-in məlumatına görə, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Ötən ay Kanada ilə yoxlama oyununda 1:1 hesabı ilə heç-heçə edən Robert Prosineçkinin komandası 253 xalla 137-ci pillədə qərarlaşıb. DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 28-ci, Çexiya 33-cü, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur. Siyahıya Argentina başçılıq edir. Belçika ikinci, Kolumbiya üçüncüdür. Növbəti reytinq siyahısı avqustun 11-də açıqlanacaq. 
Millimiz irəlilədi