» » » “Neftçi” doğma azarkeşlər önündə qol vura bilmədi

“Neftçi” doğma azarkeşlər önündə qol vura bilmədi

“Neftçi” doğma azarkeşlər önündə qol vura bilmədi

Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyununda Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.

ucarliyiq.biz-in məlumatına görə,  “8-ci kilometr” qəsəbə stadionunda oynanılan matçı Sergey Sinkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib.

Matçın qarşılıqlı hücumlar şəraitində keçən birinci hissənin əvvəlində rəqib komandanın ilk təhlükəli zərbəsi dirəyə dəyib. Buna cavab olaraq, görüşün 13-cü dəqiqəsində paytaxt təmsilçisi əks-hücum nəticəsində təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib.

İlk hissədə əks-hücum taktikasına üstünlük verən “Neftçi” fərqlənmək üçün daha bir əlverişli imkan əldə edib. Lakin Araz Abdullayevin zərbəsi qapıdan bir qədər aralı keçıb. Matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb - 0:0.

İkinci hissənin ilk dəqiqələrindən etibarən Vəli Qasımovun komandası oyunda təşəbbüsü tamamilə ələ alıb. Paytaxt təmsilçisi bir-birinin ardınca rəqib qapısı qarşısında təhlükəli hücumlar yaradıb.

"Şkendiya” komandası isə İbraiminin və Radeskinin zərbələri ilə fərqlənmək imkanı əldə edib. Komandaların cəhdlərinə baxmayaraq, qapılara top vurulmayıb və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Komandalar arasında cavab matçı iyulun 21-də keçiriləcək.