» » » "Qəbələ" zəfər qazandı

"Qəbələ" zəfər qazandı

"Qəbələ" zəfər qazandı

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu ilk oyununu keçirib. ucarliyiq.biz-in məlumatına görə, komanda Macarıstanın Qyor şəhərindəki "Qyirmoti" stadionunda yerli MTK klubu ilə qarşılaşıb.

İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Bundan sona oyunun ilk hissəsində hesab dəyişməyib.

İkinci hissəyə daha fəal başlayan "Qəbələ" matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Ozobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb.

Görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. "Qəbələ" turnirin birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu yarışdan kənarlaşdırıb.