» » » "Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşir

"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşir

"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. ucarliyiq.biz-in məlumatına görə, ölkəmizi qitənin bir nömrəli yarışında son Azərbaycan çempionu "Qarabağ" təmsil edir.
Məlum olduğu kimi, Qurban Qurbanovun yetirmələri mübarizəyə ikinci təsnifat mərhələsində başlayıb və ilk oyunda Lüksemburqun "Düdelanj" klubunu 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra rəqibindən qat-qat güclü olan ağdamlıların növbəti mərhələyə adlayacağı heç kimdə şübhə doğurmur.
"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşir

"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşir


Buna görə də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmananın daha çox "Qarabağ" üçün maraqlı olduğunu demək olar. Təmsilçimiz püşkatma zamanı səpələnməmişlər sırasındadı. Bu da o deməkdi ki, ağdamlılar səpələnmişlər qrupunda yer alan "Olimpiakos", "Zalsburq", BATE kimi klublarla qarşılaşa bilər. Püşkatma mərasimi saat 14:00-da start götürəcək.

Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)

"Viktoriya" (Çexiya)

"Zalsburq" (Avstriya)

TNS (Uels) - APOEL (Kipr) cütünün qalibi

"Linkoln" (Cəbəllütariq" - "Seltik" (Şotlandiya) cütünün qalibi

BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi

"Zrinski" (Bosniya və Herseqovina) - "Legiya" (Polşa) cütünün qalibi

"Vardar" (Makedoniya) - "Dinamo" ( Xorvatiya) cütünün qalibi

"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi.

"Kruzades (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi