» » » Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. ucarliyiq.biz-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcən mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələdəki rəqibi müəyyənləşib.

Qurban Qurbanovun komandası hələ ikinci təsnifat mərhələsindəki rəqibini - Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə də bu üstünlüyünü qoruya bilsə, Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq.
Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi
Türkiyənin "Fənərbaxça" klubu isə bu mərhələdə "Monako"ya rəqib olub. Üçüncü təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi


Çempionlar Liqası

III təsnifat mərhələsi

Qarabağ (Azərbaycan)//Düdelanj (Lüksemburq) - Viktoriya (Çexiya)

Rusenborq (Norveç)//Norçopinq (İsveç) - TNS (Uels)//APOEL (Cənubi Kipr)

Vardar (Makedoniya)//Dinamo (Zaqreb, Xorvatiya) - Dinamo (Tiflis, Gürcüstan)//Alaşkert (Ermənistan)

Olimpiakos (Yunanıstan) - Hapoel (Beyer-Şeva, İsrail)//Şerif (Moldova)

Jalgirs (Litva)//Astana (Qazaxıstan) - Linkoln (Cəbəllütariq)//Seltik (Şotlandiya)

Olimpiya (Sloveniya)//Trençin (Slovakiya) - Zrinski (Bosniya və Herseqovina)//Legiya (Polşa)

Astra (Rumıniya) - Krusaders (Şimali İrlandyia)//Kopenhagen (Danimarka)

BATE (Belarus)//SJK (Finlandiya) - Dandlak (İrlandiya)//Hafnarfyordur (İslandiya) 

Ludoqorets (Bolqarıstan)//Mladost (Çernoqriya) - Valletta (Malta)//Srvena Zvezda (Serbiya)

Partizani (Albaniya)//Ferensvaroş (Macarıstan) - Zalsburq (Avstriya)//Liepaya (Latviya)

Ayaks (Hollandiya) - PAOK (Yunanıstan)

Sparta (Çexiya) - Styaua (Rumıniya)

Şaxtyor (Ukrayna) - Yanq Boyz (İsveçrə)

Rostov (Rusiya) - Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə) - Monako (Fransa)