» » » Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu

Əfsanəvi Andrey Şevçenko futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilib. ucarliyiq.biz-in məlumatına görə, Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsində onun bu posta namizədliyi yekdilliklə dəstəklənib.

39 yaşlı sabiq futbolçu bu vəzifədə Avropa çempionatında uğursuzluğa düçar olan Mixail Fomenkonu əvəz edib. A.Şevçenko ilə iki il müqavilə imzalanıb və ola bilsin iki il də artırılsın. Sabiq futbolçunun köməkçiləri italiyalı Mauro Tassoitti, Andrea Maldera və ispaniyalı Raul Rianço olacaq. 
Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi oldu
Şevçenko Ukrayna yığmasında 11 oyuna 48 qol vurub. O, 2006-cı ilin Dünya çempionatında yığma ilə ¼ final mərhələsinə kimi yüksəlib. Oleq Bloxinin rəhbərlik etdiyi komanda İtaliya millisinə 3:0 hesabı ilə məğlub olub. Sabiq futbolçu 2004-cü ildə “Qızıl Top”a sahib olub. O, “Milan” klubu ilə Çempionlar liqasının qalibi olub.