» » » Ölkədə çevriliş, Antalyada əyləncə

Ölkədə çevriliş, Antalyada əyləncə

Ölkədə çevriliş, Antalyada əyləncə

Samuel Etonun yaratdığı xeyriyyə qurumunun 10 illiyi münasibətilə Antalyada keçirilməli olan "Dünya ulduzları - Türkiyə veteranları matçı" təxirə salınıb. ucarliyiq.biz-in məlumatına görə, ötən gecə ölkədə hərbi çevrilişə cəhd edilməsi matçın ertələnməsi ilə nəticələnib.

Halbuki ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməli olduğu matçın təqdimat mərasimi keçirilib. Antalyada bir araya gələn ulduz futbolçular yetərincə əylənib və sanki ölkədə baş verənlərdən xəbərsiz olublar. Bu arada "Barselona" klubu Türkiyədə olan hazırkı və keçmiş futbolçuları ilə bağlı açıqlama yayıb. 
Ölkədə çevriliş, Antalyada əyləncə
Klubun açıqlamasında bildirilir ki, Etonun yardım matçında iştirak etməli olan Lionel Messi və Andres İnyesta Türkiyəyə gəlməyib: "Barselona"nın keçmiş futbolçusu Samuel Eto tərəfindən düzənlənən yoldaşlıq matçının heyətində yer alan Lionel Messi və Andres İnyesta İspaniyadadır. Oyunçumuz Arda Turan, keçmiş futbolçularımız - Karles Puyol, Deko və Erik Abidal isə Türkiyədədir. Onlar olayların baş verdiyi bölgədən uzaqda və təhlükəsiz şəraitdədilər".

Matç üçün Türkiyəyə gələn başqa bir dünya ulduzu Eden Hazardın durumu ilə bağlı "Çelsi" hələlik heç bir açıqlama verməyib.