» » » Azərbaycan Premyer Liqasının IV turunda daha bir oyun keçiriləcək

Azərbaycan Premyer Liqasının IV turunda daha bir oyun keçiriləcək

Azərbaycan Premyer Liqasının IV turunda daha bir oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.

ucarliyiq.biz-in məlumatına görə, turun mərkəzi görüşündə "Neftçi" və "Qəbələ" komandaları qarşılaşacaq.

"Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da ot örtüyünün yenilənməsi işləri aparıldığından, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək. Komandaların duelində "ağ-qaralar" üstün tərəfdir. Bugünədək 32 oyundan 14-ü "Neftçi"nin, 10-u isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb. 8 oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" son üç ildə öz meydanında "Qəbələ"yə qalib gələ bilmir.

Flaqman 3 turdan sonra 3 xalla turnir cədvəlində 6-cı, "Qəbələ" isə 2 oyundan 4 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, IV tur

10 sentyabr

20:00. "Neftçi" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şahin Cəfərov

"Əlincə Arena"

Qeyd edək ki, tura sentyabrın 11-də keçiriləcək 2 oyunla yekun vurulacaq.