» » » "Neftçi"nin həkimi: "Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər"

"Neftçi"nin həkimi: "Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər"

"Neftçi"nin həkimi: "Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər"
"Vəli Qasımovun vəziyyəti stabildir, müalicəsi davam edir".

Bunu "Neftçi" klubunun baş həkimi Şaiq Zöhrablı ucarliyiq.biza bildirib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Vəli Qasımov Bakıdakı "HB Güven" klinikasında müalicə alır: "Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır".

Qeyd edək ki, baş məşqçi V.Qasımov dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib.