» » » Azərbaycan idmançıları Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 5-ci medalı qazanıb

Azərbaycan idmançıları Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 5-ci medalı qazanıb

Azərbaycan idmançıları Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 5-ci medalı qazanıb
Azərbaycan idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 5-ci medalı qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, bu dəfə uzununa tullanan Kamil Əliyev gümüş medala yiyələnib.

O, 7,05 metr uzununa tullanıb və qızıl medal sahibi Hilton Langenhovendən (CAR) 0,02 metr geridə qalıb. Bürünc medalı isə 7,04 metr uzunluğa tullanan Doniyor Saliyev (Özbəkistan) əldə edib.

Qeyd edək ki, daha öncə cüdoçulardan Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq), Rövşən Səfərov (81 kq) bürünc medal əldə edib. Daha bir gümüş medalı qadın atletlər arasında 100 metr məsafəyə qaçış növündə Yelena Çebanu qazanıb.