» » » Azərbaycan IeSF reytinqində birinci yeri tutub

Azərbaycan IeSF reytinqində birinci yeri tutub

Azərbaycan IeSF reytinqində birinci yeri tutub
Azərbaycan Beynəlxalq Kompüter İdmanı Federasiyası – IeSF-in reytinqində birinci yeri tutub.

ucarliyiq.biz qurumun saytına istinadən xəbər verir ki, reytinq IeSF tərəfindən təşkil olunan turnirlərin və çempionatlara gələn ziyarətçilərin sayı, ölkədə kiberidmanın inkişafı kimi meyarlar əsasında müəyyən edilib.

Reytinqin ikinci və üçüncü yerləri Cənubi Koreya və Çinə verilib.

IeSF 2008-ci ilin noyabrında təsis edilib. Hazırda qurum 47 milli federasiyadan ibarətdir.