» » » Futzal üzrə Azərbaycan yığması dünya çempionatında qələbə qələbə qazanıb

Futzal üzrə Azərbaycan yığması dünya çempionatında qələbə qələbə qazanıb

Futzal üzrə Azərbaycan yığması dünya çempionatında qələbə qələbə qazanıb
Azərbaycan futzal yığması bu gecə tarixi matçına çıxıb.

ucarliyiq.biz - in məlumatına görə, milli komanda dünya çempionatının final mərhələsində debüt edib.

Braziliyalı Milton Luis Ziller Juniorin baş məşqçisi olduğu yığma F qrupunda ilk oyununu Mərakeş yığmasına qarşı keçirib. Medellində "Coliseo İvan de Bedout"da baş tutmuş görüşdə Azərbaycan futzalçıları böyük hesablı qələbə qazanıb.

Millinin heyətində Vassoura het-trik edib. Qallo və Bolinya isə hərəyə bir dəfə fərqlənib.

Yığmanın qrupdakı digər rəqibləri İspaniya və İran yığmalarıdır. İspaniya ilə matç sentyabrın 16-da, İranla ayın 19-da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.

Futzal üzrə dünya çempionatı
13 sentyabr

F qrupu
03:00. Mərakeş - Azərbaycan - 0:5
Qollar: Vassoura, 14.25, 17.01, 32.59. Qallo 28.30. Bolinya, 30.49
Hakimlər: Jose Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə)
Medellin şəhəri, "Coliseo Ivan de Bedout" idman kompleksi.

Mərakeş: 1.Rabie Zaari 3.Mohamed Youad 8.Adil habil (K) 10.El Mesrar 11.Bilal Bakkali
Ehtiyat oyunçular: 12.Reda Xiyari 2. Asraf Saou 4.Xalid Kouri 5.Youssef El Mazray 6.Soufyane Borite 7.Youness El Asas 9.Zakaria Kauiri 13.Sülayman Amxar 14.Abdelatif Fati
Baş məşqçi: Hiçam Dquiq

Azərbaycan: 12.Rövşən Hüseynli 3.Tiaqo Bolinya 5.Fineo 10.Vassoura 13.Qallo
Ehtiyat oyunçular: 1.Emin Kürdov 4.İsa Atayev 6.Eduardo 7.Ramiz Çovdarov 8.Rizvan Fərzəliyev (K) 9.Fabio Poletto 11.Xətai Bağırov 14.Vitaliy Borisov 2.Elnur Zamanov
Baş məşqçi: Miltinyo

Qeyd edək ki, Final mərhələsində 6 qrupda ilk 2 yeri tutanlar, habelə 3-cü pillənin sahibləri arasında ən yaxşı 4 yığma 1/8 finala çıxacaqlar. Azərbaycan 24 iştirakçı arasında Avropanı təmsil edən 7 yığmadan, final mərhələsinin 4 debütantından biridir. Digərləri Mozambik, Vyetnam və Özbəkistandır. Son dünya çemponu hazırkı turnirin də əsas favoritlərindən olan Braziliya yığmasıdır.