» » » Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: “Uğurumuzun səbəbi keyfiyyətli iş görməyimizdir”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: “Uğurumuzun səbəbi keyfiyyətli iş görməyimizdir”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: “Uğurumuzun səbəbi keyfiyyətli iş görməyimizdir”
“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir».

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, bunu futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.

O, bildirib ki, bu qələbənin əldə edilməsi heç də asan başa gəlməyib: “Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.