» » » Ümumdünya Şahmat Olimpiadasının 2020-ci ildə təşkil olunacağı şəhər açıqlanıb

Ümumdünya Şahmat Olimpiadasının 2020-ci ildə təşkil olunacağı şəhər açıqlanıb

Ümumdünya Şahmat Olimpiadasının 2020-ci ildə təşkil olunacağı şəhər açıqlanıb
Varşava. 13 sentyabr. REPORT.AZ/ 2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlümjinov açıqlama verib.

O, təşkilatçılıq uğrunda mübarizədə Argentina və Slovakiya şəhərlərini geridə qoyan Xantı-Mansiyski təbrik edib.

Xatırladaq ki, hazırda Bakıda keçirilən 2016-cı il Ümumdünya Şahmat Olimpiadasına bu gün yekun vurulacaq. 2018-ci il Olimpiadası isə Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.