» » » Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb
Rıza Çalımbay Türkiyənin "Kasımpaşa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

ucarliyiq.biz - in məlumatına görə, klub rəhbərliyi 53 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Buna Super Liqanın ilk 3 turunda komandanın cəmi 1 xal toplayaraq sonuncu pillədə yer alması səbəb olub.

Qeyd edək ki, Rıza Çalımbay "Kasımpaşa"da 2015-ci ilin iyulundan baş məşqçi kimi fəaliyyət göstərirdi. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılmışdı. Ötən mövsüm bu komanda Super Liqada 7-ci yeri tutmuşdu.