» » » Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb

Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb

Çempionlar Liqasının oyunu güclü yağış səbəbindən təxirə salınıb
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

"C" qrupunun görüşü çərşənbə axşamı Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilmir.

Qrupun digər oyununda "Barselona" "Seltik"lə qarşılaşır (hazırda hesab 2:0-dır).