» » » Çempionlar Liqasında I turun oyunları keçirilib

Çempionlar Liqasında I turun oyunları keçirilib

Çempionlar Liqasında I turun oyunları keçirilib
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində I turun bir sıra oyunları keçirilib.

ucarliyiq.biz xəbər verir ki, günün əsas oyunu Parisdə PSJ və "Arsenal" klubu arasında baş tutub.

Fransa və İngiltərə klubları arasında keçirilən oyun səmərəli heç-heçə ilə başa çatıb, bununla belə komandalar oyunu tam heyətlə tamamlamayıblar. Hər iki komandanın heyətində bir futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

"Barselona" və "Bavariya" öz rəqiblərini darmadağın ediblər. İspanlar "Seltik"lə, almanlar isə "Rostov"la qarşılaşıblar.

"Mançester Siti" – "Borussiya Münhenqladbax" oyunu pis hava şəraiti səbəbindən sentyabrın 14-nə təxirə salınıb.

"A" Qrupu

PSJ — "Arsenal" 1:1

Qollar: Kavani, 1 — Sançes, 78

"Bazel" — "Ludoqorets" 1:1

Qollar: Şteffen, 80 — Kafu, 45

"B"Qrupu

"Benfika" — "Beşiktaş" 1:1

Qollar: Servi, 12 – Taliska, 90+3

"Dinamo Kiyev" – "Napoli" – 1:2

Qollar: Qarmaş, 26 (1:0); Milik, 36 (1:1); Milik, 45+2 (1:2).

"C" Qrupu

"Barselona" – "Seltik" 7:0

Qollar: Messi, 3, 27, 60, Neymar, 50, İnyesta, 59, Luis Suares, 76, 89

"D" Qrupu

"Bavariya" – "Rostov" 5:0

Qollar: Levandovski, 28, penaldan, Müller, 45+2, Kimmix, 53, 60, Bernat, 90

PSV – "Atletiko" 0:1

Qollar: Saul Nyiqes, 43