» » » Azərbaycan vaterpolçuları Gürcüstana böyük hesabla məğlub olublar

Azərbaycan vaterpolçuları Gürcüstana böyük hesabla məğlub olublar

Azərbaycan vaterpolçuları Gürcüstana böyük hesabla məğlub olublar
Azərbaycanın su polosu üzrə U-19 yığması bu günlərdə Hollandiyada keçirilən gənclər arasında Avropa çempionatında Gürcüstan yığmasına böyük hesabla məğlub olub.

ucarliyiq.biz xəbər verir ki, qarşılaşmanın ən məhsuldar oyunçusu hesabında 6 qol ilə Nika Şuşiaşvili olub.

Rəqibin Andria Bitadze və Qeorgi Maqrakvelidze adlı vaterpolçuları isə hərəyə 5 dəfə fərqləniblər.

"B" qrupunun digər oyununda Rusiya Xorvatiyanı 13:12 hesabı ilə məğlub edib və qrupda liderliyə yüksəlib.

Azərbaycan komandası qrupun son görüşündə Xorvatiya millisi ilə qarşılşacaq, Gürcüstan isə Rusiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Turnirdə 4 qrupa bölünən 16 komanda iştirak edir. Hər qrupun qalibi ¼ finala birbaşa vəsiqə qazanır. Digər komandalar "play-off" oyunlarında iştirak edirlər və bu görüşlərin yekunu üzrə digər ¼ finalçılar müəyyən edilir.

Su polosu üzrə Avropa çempionatı sentyabrın 18-də başa çatacaq.