» » » Bu gün Azərbaycanın 6 atleti paralimpiadada mübarizə aparacaq

Bu gün Azərbaycanın 6 atleti paralimpiadada mübarizə aparacaq

Bu gün Azərbaycanın 6 atleti paralimpiadada mübarizə aparacaq
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 atleti mübarizə aparacaq. ucarliyiq.biz - in məlumatına görə, 100 metr məsafəyə arxası üstə üzmədə Dmitri Saley və Raman Saley çıxış edəcək.

Yarışa Bakı vaxtı ilə saat 17:09-da start veriləcək. Qardaşlardan finala çıxan olsa, gecə saat 01:34-də medallar üçün yarışacaq.

50 metr məsafəyə atıcılıq yarışlarında Yelena Taranova hədəfi nişan almağa çalışacaq. Atıcılıq yarışları saat 19:00-da başlayacaq. Final mübarizəsi isə 21:45-də start götürəcək.

Kişilərin 100 metr məsafəyə qaçışında Elmir Cəbrayılov hamıdan sürətli olmağa çalışacaq. Azərbaycanlı paralimpiadaçı finala vəsiqə qazanarsa, sentyabrın 16-da gecə saat 01:10-da yenidən start xəttinə çıxacaq. Daha bir atlet Hüseyn Həsənov isə uzunluğa tullanma yarışlarında iştirak edəcək. Çıxışlar saat 01:23-dən başlayacaq.

Elşən Hüseynov isə pauerliftinqdə medalçılar sırasına düşmək üçün mübarizə aparacaq. Saat 17:00-da E.Hüseynovun yarışı başlayacaq. Final çıxışları saat 23:00-da olacaq.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında hələlik 8 medal (1 qızıl, 5 gümüş və 2 bürünc) qazanıb.