» » » AFFA-nın baş katibi UEFA prezidenti seçkisində komissiya üzvü olacaq

AFFA-nın baş katibi UEFA prezidenti seçkisində komissiya üzvü olacaq

AFFA-nın baş katibi UEFA prezidenti seçkisində komissiya üzvü olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Yunanıstanın paytaxtı Afinada keçiriləcək UEFA prezidenti seçkisində mühüm səlahiyyətə malik olacaq. ucarliyiq.biz - in məlumatına görə, E.Məmmədova seçki komissiyasında üzvlük həvalə olunub.

Komissiyada 4 üzv yer alıb ki, onlardan biri UEFA-nın baş katibi Teodor Teodoridisdir. UEFA prezidentliyi uğrunda hollandiyalı Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin mübarizə aparır.

Qeyd edək ki, seçki komissiyası üzvlüyü böyük məsuliyyət və etimad tələb edir. Üzvlərin funksiyalarına seçki prosesinin təşkili, səslərin hesablanması, aktlaşdırılması və ümumilikdə prosesə nəzarət daxildir.