» » » AFFA AZAL-la oyunu topdaşıyan uşaqlarla təmin etmədiyi üçün "Qarabağ"ı cərimələyib

AFFA AZAL-la oyunu topdaşıyan uşaqlarla təmin etmədiyi üçün "Qarabağ"ı cərimələyib

AFFA AZAL-la oyunu topdaşıyan uşaqlarla təmin etmədiyi üçün "Qarabağ"ı cərimələyib
AFFA-nın İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda baş verənlərlə bağlı qərarları açıqlayıb. ucarliyiq.biz - in məlumatına görə, qurum 4 klubu cəzalandırıb.

Premyer Liqanın IV turunun "Neftçi" – "Qəbələ" matçının 5-ci və 48-ci dəqiqələrində meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi kluba 800 manata başa gəlib.

"Kəpəz"lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə" 800 manat cərimələnib. Oyunun 57-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün "sarı-göylər" 1600 manat ziyana düşüb.

AZAL-la oyunu topdaşıyan uşaqlarla təmin etməyən "Qarabağ"a isə 400 manat cərimə kəsilib.