» » » "Səbail" klubu "Qarabağ"ın oyununa getmək istəyən jurnalistlər üçün avtobus ayırıb

"Səbail" klubu "Qarabağ"ın oyununa getmək istəyən jurnalistlər üçün avtobus ayırıb

"Səbail" klubu "Qarabağ"ın oyununa getmək istəyən jurnalistlər üçün avtobus ayırıb
Yeni yaradılan "Səbail" futbol klubu Azərbaycan I Divizionundakı ilk ev oyununa jurnalistləri dəvət edib.

ucarliyiq.biz - in məlumatına görə, "aslanlar" sentyabrın 15-də "Bayıl Arena"da MOİK-i qəbul edəcəklər.

Saat 15:30-da başlanacaq görüşün ardından mətbuat konfransı təşkil olunacaq. Daha sonra xüsusi ayrılmış avtobus jurnalistləri "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyununa aparacaq. Bu görüşün start fiti saat 19:00-da çalınacaq.