» » » "Slovan"ın baş məşqçisi: "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik"

"Slovan"ın baş məşqçisi: "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik"

"Slovan"ın baş məşqçisi: "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik"
"Bu oyuna çox hazırlaşmışıq. Burada olduğumuz üçün şadıq. Bakı xoşumuza gəlir. İlk təəssüratlarımız bununla bağlıdır".

ucarliyiq.biz - in məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrix Trpişovski deyib.

Oyundan əvvəl mətbuat konfransında 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"da kimə qarşı xüsusi tədbir görüləcək?

- "Qarabağ"ın oyunlarına çox baxmışıq. Güclü müdafiəsi var. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Müdafiədə çox oynamamağa çalışacağıq və "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik.

- Cəza müddətiniz bitdi və yenidən meydançada olacaqsınız. İndi oyunu tribunadan izləməyəcəksiniz. Bu, sizə necə təsir edəcək?

- Oyuna tribunadan baxmağım xoşagəlməz hal olardı. Taktikaları əvvəlcədən hazırlamağa ehtiyac olmayacaq. Çünki meydançada oyuna təsir edə biləcəm.

- "Qarabağ"la rəqib olmaq sizə sərf edir, ya yox?

- "Qarabağ" kimi rəqibin olmasına sevinmədik. Güclü komandadır. Qol vurmağa, xal almağa çalışacağıq.

- Digər rəqiblərində birinin İtaliya "Fiorentina"sı olmasını nəzərə alsaq, ilk oyunun "Qarabağ"la olması sizə sərf edirmi?

- "Fiorentina"nın favorit olmasını hər kəs yaxşı bilir. Bundan əvvəlki "Marsel" və "Braqa" ilə oyunlarımız alınmadı. Amma çalışacağıq ki, "Qarabağ"ı keçək. İlk oyunun kiminlə keçirilməsinin əhəmiyyəti yoxdur.