» » » Roman Qriqorçuk: "Anderlext"dən çəkinmirik"

Roman Qriqorçuk: "Anderlext"dən çəkinmirik"

Roman Qriqorçuk: "Anderlext"dən çəkinmirik"
"İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik".

ucarliyiq.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun "Anderlext”lə səfər oyunu öncəsi Brüsseldə keçirilən mətbuat konfransında deyib.

"Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. "Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik", - deyə o bildirib.

Qriqorçuk qrup mərhələsi üçün qlobal vəzifələrinin olmadığını deyib:

"Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi "Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”.