» » » FİFA Qvatemala Futbol Federasiyasını diskvalifikasiya edib

FİFA Qvatemala Futbol Federasiyasını diskvalifikasiya edib

FİFA Qvatemala Futbol Federasiyasını diskvalifikasiya edib
Bakı.15 sentyabr. REPORT.AZ/ Qvatemala Futbol klubları və milli komandaları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. ucarliyiq.biz - in BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə qərarı FİFA qəbul edib.

Lakin hələlik qərarın nə zaman qüvvəyə minəcəyi müəyyənləşdirilməyib. Diskvalifikasiyaya səbəb kimi ölkə rəhbərliyinin Qvatemala futboluna cavabdeh komissiyanın işinə müdaxiləsi göstərilib. Söhbət ötən həftə komissiyanı yarım il müddətinə işindən kənarlaşdırmış yerli idman məhkəməsindən gedir. Məhkəmə bu addımını komissiyanın dopinqə görə cəzalandırılmış futbolçuların işinə baxarkən qaydaları pozması ilə izah edib.

Qeyd edək ki, bu komissiya Qvatemala Futbol Assosiasiyasının prezidenti Brayan Ximenesin FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ABŞ-ın sorğusu əsasında həbsindən sonra yaradılıb. Ximenes dünya çempionatının seçmə oyunlarının yayım hüququnun satışından sui- istifadə və rüşvət almaqda ittiham olunur.