» » » İspaniya klubu baş məşqçi ilə müqavilə müddətini azaldıb

İspaniya klubu baş məşqçi ilə müqavilə müddətini azaldıb

İspaniya klubu baş məşqçi ilə müqavilə müddətini azaldıb
İspaniyanın "Atletiko" futbol klubu baş məşqçi Dieqo Simeone ilə müqavilə müddətini azaldıb. ucarliyiq.biz - in AS-a istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis Madrid klubunda 2018-ci ilə qədər işləyəcək.

Əvvəlki anlaşmaya əsasən, Simeone 2020-ci ilə qədər "Atletiko"da qalmalı idi. Üstəlik, bu müqavilə ilə klub baş məşqçiyə daha çox əməkhaqqı ödəmə öhdəliyi götürüb.

Yerli mətbuat mövsümün əvvəlində 46 yaşlı baş məşqçinin komandadan getmək istədiyini, lakin son anda madridlilərlə işləməyə razılıq verdiyini bildirib.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da çalışır.