» » » UEFA-nın yeni baş katibi təsdiqlənib

UEFA-nın yeni baş katibi təsdiqlənib

UEFA-nın yeni baş katibi təsdiqlənib
Teodor Teodoridis UEFA-da daimi əsasda baş katib vəzifəsinə təsdiqlənib. ucarliyiq.biz - in məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Teodoridis UEFA baş katibi səlahiyyətlərini mart ayından etibarən icra edirdi. O, hazırda FİFA-ya rəhbərlik edən Canni İnfantinonu əvəzləmişdi. Yunanıstanlı funksioner UEFA-da 2008-ci ildən çalışır. O, 2010-cu ildən baş katibin müavini idi.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclasında Ukraynanın paytaxtı Kiyev 2017-2018 mövsümündə Çempionlar Liqasının final matçını, Estoniyanın paytaxtı Tallinin 2018-ci il UEFA Super Kubokunu keçirəcək şəhər qismində təsdiqlənib. Avropa Liqasının final mövsümünün hansı şəhərdə keçiriləcəyi barədə qərar isə hələlik qəbul olunmayıb.