» » » Rusiyada federasiya prezidenti dopinq qalmaqalı ilə əlaqədar istefa verib

Rusiyada federasiya prezidenti dopinq qalmaqalı ilə əlaqədar istefa verib

Rusiyada federasiya prezidenti dopinq qalmaqalı ilə əlaqədar istefa verib
Rusiya Ağır Atletika Federasiyasının (RAAF) prezidenti Sergey Sırtsov istefa verib. ucarliyiq.biz - in TASS-a istinadən verdiyi məlumata görə, qurumun rəhbəri səlahiyyətlərini Maksim Aqatipov icra edəcək.

Sırtsov qərarını belə izah edib: "Baş verənlərlə əlaqədar kimsə cavab verməlidir. Bu addımı mən atdım".

İyulun 29-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyası rusiyalı atletləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb. Bu, antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar olub. Eyni cəza Azərbaycan ağırlıqqaldıranlarına da tətbiq olunub.

Qeyd edək ki, Sergey Sırtsov RAAF-a 2010-cu ildən rəhbərlik edirdi. Quruma yeni prezident seçkisi sentyabrın 29-da keçiriləcək.