» » » Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub
Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib.

ucarliyiq.biz - in məlumatına görə, bu, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya" və "Vilyarreal" klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya"sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.