» » » "Qarabağ" son dəqiqədə vurduğu qolla 1 xal qazanıb - VİDEO

"Qarabağ" son dəqiqədə vurduğu qolla 1 xal qazanıb - VİDEO

"Qarabağ" son dəqiqədə vurduğu qolla 1 xal qazanıb - VİDEO
"Qarabağ" klubu bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

ucarliyiq.biz - in məlumatına görə, rəqib Çexiyanın "Slovan" komandası olub.

Oyunda ilk sevinən tərəf qonaqlar olub. 10-cu saniyədə "Slovan"ın heyətində Yan Sikora topu İbrahim Şehiçin qoruduğu qapıdan keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın cavabı özünü çox gözlətməyib. 7-ci dəqiqədə Miçel hesaba tarazlıq gətirib. Qalan dəqiqələrdə komandalar hücum etsə də qapılara qol vurulmayıb.

İkinci hissəyə də Çexiya klubu daha aktiv başlayıb. Nəticədə matçın 69-cu dəqiqəsində "Qarabağ" qapısında daha bir top görüb. Milan Baroş komandasının ikinci topunu vurub.

Oyunun son dəqiqəsində Rəşad Sadıqov güclü zəbrə vurduğu qolla hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda 1 xal qazanıb.