» » » “Slovan”ın baş məşqçisi: “Qarabağ” kombinasiyalı futbol göstərən komandadır"

“Slovan”ın baş məşqçisi: “Qarabağ” kombinasiyalı futbol göstərən komandadır"

“Slovan”ın baş məşqçisi: “Qarabağ” kombinasiyalı futbol göstərən komandadır"
“Oyun gözlədiyimiz kimi keçdi. İlk 15 dəqiqədə hücumda oynadıq. Bundan sonra oyun dəyişdi. Müdafiəyə keçməli olduq”.

ucarliyiq.biz - in məlumatına görə, bu sözləri “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan Çexiya klubu Bakıdan 1 xalla ayrılıb – 2:2.

Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı nəticəni belə şərh edib:

- İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol vurmaq şansımız var idi. Onların hamısını dəyərləndirə bilmədik.

- “Qarabağ” barədə təəssüratlarınız necədi?

- “Qarabağ” çox güclü komandadı. Bunu bilirdik. Bizim üçün ən çətin oyunlardan biri oldu.

- Demək olar ki, bu gün baş məşqçilərin və kapitanların mübarizəsi oldu?

- Bu, tək bir oyunçunun yox, bütün komandanın oyunu idi. Fərqli görüş idi. Bu matçda hər oyunçunun öz gücünü göstərdiyini düşünürəm.

- İkinci hissənin son 25 dəqiqəsində komandanız pressinq tətbiq etdi. Belə təəssürat yaranmışdı ki, 3-cü hissə olsaydı, yenə oynamağa hazır idiniz?

- 3-cü hissə olsaydı, onu da güclə keçirə bilərdik. Amma “Qarabağ” da kombinasiyalı futbol göstərən komandadı. Onlar da 3-cü hissəni oynaya bilərdilər.

- 90 dəqiqə ərzində başınızda papaq var idi. Bu, hansısa inancdan irəli gəlir?

- Papaq həmişə mənimlədi. Baxsanız, onu həmişə geyinirəm. İdman stilinə üstünlük verirəm.