» » » Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

ucarliyiq.biz - in məlumatına görə, Azərbaycan təmsilçilərindən "Qarabağ"ın yer aldığı J qrupunda hər iki oyun heç-heçə nəticələnib. Bakıda Çexiya "Slovan"ının 2:2 hesablı heç-heçəyə nail olduğu görüşdən fərqli olaraq, Yunanıstanda PAOK-la İtaliya "Fiorentina"sı arasındakı qarşılaşmada qol vurulmayıb.

"Qəbələ"nin Belçikada "Anderlext"ə 1:3 hesabı ilə uduzduğu C qrupunda da digər oyunun qalibi müəyyənləşməyib. Fransa "Sent Etyen"i Almaniyada "Maynts"la matçda məğlubiyyətdən xilas ola bilib.

Gecənin sensasiyalı nəticələri İngiltərə "Mançester Yunayted"inin Hollandiyada "Feyenoord"a, "İnter"in İtaliyada İsrailin "Hapoel" (Beer-Şeva) komandasına məğlubiyyətləri olub. Türkiyə "Fənərbağça"sı isə Ukraynada "Zarya"ya məğlubiyyətdən son anda qurtulub.

İlk turun nəticələri:

A qrupu

21:00. "Feyenoord” (Hollandiya) - "Mançester Yunayted” (İngiltərə) - 1:0

Qol: Tonni Trindad, 87

21:00. "Zarya” (Ukrayna) - "Fənərbaxça” (Türkiyə) - 1:1

Qollar: Dmitri Qreçişkin, 52 - Simon Kyaer, 90+6

B qrupu

21:00. APOEL (Kipr) - "Astana” (Qazaxıstan) - 2:1

Qollar: Vinisius, 75. İqor de Kamarqo, 87 - Nemanya Maksimoviç, 45+1

21:00. "Yanq Boyz” (İsveçrə) - "Olimpiakos” (Yunanıstan) - 0:1

Qol: Esteban Kambiasso, 42

C qrupu

21:00. "Anderlext” (Belçika) - "Qəbələ” (Azərbaycan) - 3:1

Qollar: Lukaş Teodorçik, 14. Rafael Santos, 41-öz qapısına. Dieqo Kapel, 77 - Baqali Dabo, 20

21:00. "Maynts” (Almaniya) - "Sent Etyen” (Fransa) - 1:1

Qollar: Niko Bungert, 57 - Robert Beriç, 88

D qrupu

21:00 "AZ Alkmaar” (Hollandiya) - "Dandolk” (İrlandiya) - 1:1

Qollar: Steyn Vuytens, 61 - Siaran Kildaff, 89

21:00 "Makkabi” (Təl-Əviv, İsrail) - "Zenit” (Rusiya) - 3:4

Qollar: Haris Medunyanin, 26; 70. Vidar Orn Kyartansson, 50 - Aleksandr Kokorin, 77. Maurisio, 84. Culiano, 86. Luka Corceviç, 90+2

E qrupu

21:00 "Astra” (Rumıniya) - "Austria” (Avstriya) - 2:3

Qol: Denis Alibek, 18. Kristian Sapunaru, 74 - Rafael Holtshauzer, 16-penalti ilə. Kevin Frizenbixler, 33. Aleksandr Qrünvald, 58

21:00 "Viktoriya” (Çexiya) - "Roma” (İtaliya) - 1:1

Qollar: Marek Bakoş, 11 - Dieqo Perotti, 4-penalti ilə

F qrupu

21:00 "Rapid” (Avstriya) - "Genk” (Belçika) - 3:2

Qollar: Ştefan Şvab, 51. Joelinton, 59. Omar Kolli, 60-öz qapısına - Leon Beyli, 29; 90-penalti ilə

21:00 "Sassuolo” (İtaliya) - "Atletik” (İspaniya) - 3:0

Qollar: Pol Lirola, 60. Qrequar Defrel, 75. Matteo Politano, 82

G qrupu

23:05 "Standard” (Belçika) - "Selta” (İspaniya) - 1:1

Qollar: Matyö Dossevi, 3 - Cüzeppe Rossi, 13

23:05 "Panatinaikos” (Yunanıstan) - "Ayaks” (Hollandiya) - 1:2

Qollar: Markus Berq, 5 - Bertrand Traore, 34. Jayro Ridvald, 67

H qrupu

23:05 "Braqa” (Portuqaliya) - "Gent” (Belçika) - 1:1

Qollar: Andre Pinto, 24 - Daniel Miliçeviç, 6

23:05 "Konyaspor” (Türkiyə) - "Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Fakundo Ferreyra, 76

İ qrupu

23:05 "Nitsa” (Fransa) - "Şalke” (Almaniya) - 0:1

Qol: Abdul Baba Rahman, 75

23:05 "Zalsburq” (Avstriya) - "Krasnodar” (Rusiya) - 0:1

Qol: Joazinyo, 37

J qrupu

19:00 "Qarabağ” (Azərbaycan) - "Slovan” (Çexiya) - 2:2

Qollar: Migel Madera, 7. Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1. Milan Baroş, 68

23:05 PAOK (Yunanıstan) - "Fiorentina” (İtaliya) - 0:0

K qrupu

23:05 "Sautgempton” (İngiltərə) - "Sparta” (Çexiya) - 3:0

Qollar: Çarli Ostin, 5-penalti ilə; 27. Cey Rodriges, 90+2

23:05 "İnter” (İtaliya) - "Hapoel” (Beer-Şeva, İsrail) - 0:2

Qollar: Migel Vitor, 54. Maor Buzaqlo, 69

L qrupu

23:05 "Osmanlispor” (Türkiyə) - "Styaua” (Rumıniya) - 2:0

Qollar: Şeyk Diabate, 64-penalti ilə. Aminu Umar, 74

23:05 "Vilyareal” (İspaniya) - "Sürix” (İsveçrə) - 2:1

Qollar: Pato, 28. Conatan Dos Santos, 45+1 - Armando Sadiku, 2